Yerevanda ​Rusiya əleyhinə etiraz aksiyası keçirilir

Yerevanda ​Rusiya əleyhinə etiraz aksiyası keçirilir Aksiya iştirakçıları Ermənistanla Rusiyanın Raket Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsinə etiraz edirlər
Region
13 İyun , 2016 12:33
Yerevanda ​Rusiya əleyhinə etiraz aksiyası keçirilir

Bakı. 13 iyun. REPORT.AZ/ Ermənistan parlamentinin binası qarşısında Rusiya əleyhinə etiraz aksiyası keçirilir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, aksiya iştirakçıları Ermənistanla Rusiyanın Raket Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsinə dair müqaviləyə etiraz edirlər. 

Aksiya iştirakçıları "Nə torpağı, nə də havanı heç kimə verməyəcəyik!", "Növbəti satqınlıq addımı!"," Biz peryakovların ordusuna deyil, erməni ordusuna etibar edirik!" və başqa şüarlar səsləndirirlər.

Aksiya iştirakçısı Tiqran Xzmalyan deyib: "Rusiya ilə Ermənistan arasında müqavilənin imzalanması səhv addım və satqınlıqdır. Müqviləni imzalamaqla təkcə Azərbaycana qarşı deyil, bütün dünyaya qarşı müharibə elan edirik".

Onun sözlərinə görə, bu müqavilə Ermənistanın gələcəyinin səssizcə Rusiyaya satılmasıdır.

Qeyd edək ki, Ermənistan parlamentinin bu gün keçirilən növbədənkənar sessiyasında Ermənistanla Rusiyanın Hava Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsi ilə bağlı müqavilə də müzakirə ediləcək. 

Son xəbərlər

Orphus sistemi