Yerevanda "bit bazarında" etiraz aksiyası keçirilib

Yerevanda "bit bazarında" etiraz aksiyası keçirilib Satıcılardan biri tutularaq polis şöbəsinə aparılıb.
Region
11 İyul , 2020 16:28
Yerevanda bit bazarında etiraz aksiyası keçirilib

Yerevanda “bit bazarı”nın satıcıları etiraz aksiyası keçirib.

“Report” xəbər verir ki, məlumatı “Armİnfo” yayıb.

Bildirilib ki, polis onları Yerevandakı respublika stadionunun yaxınlığındakı ənənəvi bazardan qovub.

Satıcılar hakimiyyətdən pandemiya başa çatanadək stadionun ətrafında qalmağı və əşyaları satmaq üçün yer ayrılmasını tələb ediblər. Satıcılardan biri tutularaq polis şöbəsinə aparılıb.

Qeyd edək ki, “bit bazarında” köhnə əşyalar satılır.

Son xəbərlər

Orphus sistemi