Bakı.18 aprel. REPORT.AZ/ Yerevanda aksiya iştirakçıları yenidən Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) binasını mühasirəyə alıblar.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, nümayişçilər şəhər meriyasının binasının qarşısındakı oturaq aksiyaya son veriblər.
"Mənim addımım" təşəbbüsünün lideri, Vətəndaş Müqaviləsi Partiyasının rəhbəri Nikol Paşinyan aksiya iştirakçılarını Ermənistan XİN-in qapısının qarşısında dayanmağa, həmçinin binadakı insanları mübarizəyə qoşulmağa çağırıb.