Yekaterinburqda Azərbaycanın milli ticarət mərkəzi açılacaq

Yekaterinburqda Azərbaycanın milli ticarət mərkəzi açılacaq Mərkəzin sentyabr ayında açılacağı planlaşdırılır
Region
31 Avqust , 2017 12:11
Yekaterinburqda Azərbaycanın milli ticarət mərkəzi açılacaq

Bakı. 31 avqust. REPORT.AZ/ Yekaterinburqda Azərbaycanın milli ticarət mərkəzi - "Baku Plaza" açılacaq.

"Report" Yekaterinburq KİV-inə istinadən xəbər verir ki, mərkəzin sentyabr ayında açılacağı planlaşdırılır.

Sahibkarların planlarına görə, müəssisə atelye, təmir yeri və dərzi, kimyəvi təmizləmə də daxil olmaqla məişət xidməti məkanı kimi açılacaq. Sonuncu mərtəbədə "Azərbaycan xalçaları" adlı xüsusi sərgi salonu olacaq. Bundan əlavə, orada gözəllik salonu və meyvə mağazaları da fəaliyyət göstərəcək.

"Baku Plaza"da ümumilikdə təqribən 100 nəfər işləyəcək. 

Son xəbərlər

Orphus sistemi