Bakı. 14 iyul. REPORT.AZ/ "Gürcüstan vətəndaşlarına Avropa İttifaqı ölkələrinə gediş zamanı vizasız rejiminin tətbiqi prosesi bu ilin oktyabr ayına qədər başa çatacaq".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Batumidə keçirilən "Gürcüstanın Avropa yolu - sabitlik, inkişaf və müxtəliflik" beynəlxalq konfransında çıxışı zamanı deyib.
Xatırladaq ki, Avropa Komissiyası ötən il dekabrın 18-də Aİ Şurasına Gürcüstan və Ukrayna ilə vizasız rejiminin tətbiqinin mümkünlüyünün təcili şəkildə yoxlanılmasını məsləhət görmüşdü.