Sankt-Peterburq. 1 iyun. REPORT.AZ/ Sankt-Peterburqda XXI Peterburq Beynəlxalq İqtisadi Forumu işə başlayıb (SPIEF-2017).
"Report” xəbər verir ki, Forumun əsas tədbirləri 1-3 iyun arası baş tutacaq.
Əsas sessiya zamanı dünya iqtisadi trendləri, beynəlxalq gündəliyin əsas əsas məsələləri müzakirə ediləcək. Forum çərçivəsində 100-dən çox tədbir keçiriləcək.
Forumda təxminən 12 min nəfər, o cümlədən 39 xarici ölkələrin nazirləri və 870 şirkət rəhbərləri iştirak edir.
Forumun işgüzar proqramı Rusiya, Avropa, Asiya, Amerika Birləşmiş Ştatları, Şimali və Latın Amerikasının 200-dən çox aparıcı mütəxəssislərinin iştirakı ilə hazırlanmışdır. Forumun işində Rusiya prezidenti Vladimir Putin, baş nazir Dmitri Medvedev, profil nazirlər və Rusiya hökumətinin üzvləri iştirak edəcək.
2017-ci ildə Forumun tədbirləri "Qlobal iqtisadiyyatda yeni balans axtarışında" şüarı altında birləşib. Forumun proqramı çərçivəsində ənənəvi olaraq BRİKS sessiyası, beynəlxalq ticarət və investisiya üzrə “İşgüzar iyirmilik” forumu, enerji şirkətləri rəhbərlərinin sammiti, biznes-dialoqlar və s. baş tutacaq. Həmçinin ŞƏT, Valday klubunun sessiyaları, Rusiya-Hindistan şirkət rəhbərlərinin forumu nəzərdə tutulub.