XİN: Rusiya Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən son dərəcə narahatdır

XİN: Rusiya Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən son dərəcə narahatdır Rusiya Yaxın Şərqdə növbəti təhlükəli eskalasiyadan son dərəcə narahatdır və bütün tərəfləri təmkinli olmağa çağırır.
Region
14 Aprel , 2024 13:37
XİN: Rusiya Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən son dərəcə narahatdır

Rusiya Yaxın Şərqdə növbəti təhlükəli eskalasiyadan son dərəcə narahatdır və bütün tərəfləri təmkinli olmağa çağırır.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İsrail ərazisinə hücumla bağlı bəyanatında deyilir.

“Yaxın Şərqdə, ilk növbədə, Fələstin-İsrail münaqişəsi zonasında çox vaxt məsuliyyətsiz təxribatçı hərəkətlər nəticəsində yaranan çoxsaylı böhranların nizamlanmamış təbiəti gərginlik amilidir. Biz bütün tərəfləri təmkinli olmağa çağırırıq, regional dövlətlərin mövcud problemləri siyasi və diplomatik yollarla həll edəcəyini gözləyirik”, - Rusiya XİN qeyd edib.

Rusiya xarici siyasət idarəsi BMT Təhlükəsizlik Şurasının Qərb üzvlərinin mövqeyinə görə Suriyadakı İran konsulluğuna hücuma adekvat cavab verə bilməməsinə də diqqət çəkib. Bundan əvvəl Pakistan Xarici İşlər Nazirliyi də Yaxın Şərqdəki hazırkı eskalasiyanı BMT Təhlükəsizlik Şurasının üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə əlaqələndirmişdi.

Son xəbərlər

Orphus sistemi