XİN: Belarus Aİ ilə dialoqun davam etdirilməsinə köklənib

XİN: Belarus Aİ ilə dialoqun davam etdirilməsinə köklənib “Münasibətlərdə yaranmış çətinliklərə baxmayaraq, Belarus Avropa İttifaqı ilə dialoqun davam edilməsinə köklənib”
Region
15 Avqust , 2020 16:49
XİN: Belarus Aİ ilə dialoqun davam etdirilməsinə köklənib

“Münasibətlərdə yaranmış çətinliklərə baxmayaraq, Belarus Avropa İttifaqı ilə dialoqun davam etdirilməsinə köklənib”.

“Report” xəbər verir ki, bunu Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz söyləyib.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.

Son xəbərlər

Orphus sistemi