XİN başçısı: “Ukrayna və tərəfdaşları qətiyyətli addımlara hazırdır”

XİN başçısı: “Ukrayna və tərəfdaşları qətiyyətli addımlara hazırdır” Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinken, Almaniyanın xarici işlər naziri Annalena Berbok və Aİ diplomatiyasının rəhbəri Jozep Borrellə telefon danışığı aparıb.
Region
12 Fevral , 2022 10:39
XİN başçısı: “Ukrayna və tərəfdaşları qətiyyətli addımlara hazırdır”

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinken, Almaniyanın xarici işlər naziri Annalena Berbok və Aİ diplomatiyasının rəhbəri Jozep Borrellə telefon danışığı aparıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, o, bu barədə öz tviter səhifəsində yazıb.

Nazir Blinkenlə Rusiyadan gələn təhdidlərə qarşı birgə mübarizəni müzakirə etdiklərini bildirib.

“ABŞ təhlükəsizlik yardımından əlavə, Ukraynaya güclü iqtisadi dəstək verəcək. Rusiyanın heç bir şübhəsi olmasın: Ukrayna və tərəfdaşları dövlətimizi qorumaq üçün qəti addımlara hazırdır”, - D.Kuleba yazıb.

A.Berbok ilə söhbətində D.Kuleba Almaniya kansleri Olaf Şoltsun Ukraynaya səfərinə hazırlıq məsələlərini müzakirə edib.

“Rusiya Federasiyasının aqressiv hərəkətləri fonunda təhlükəsizlik vəziyyətini ətraflı müzakirə etdik. Almaniya kansleri Olaf Şoltsun bazar ertəsi baş tutacaq səfərinə fəal hazırlaşırıq. Təhdidlərə qarşı birgə və qətiyyətli addımları müzakirə etmək üçün əsl vaxtdır”, - nazir əlavə edib.

Onun sözlərinə görə, Aİ diplomatiyasının rəhbəri Josep Borrell ilə söhbətdə mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

“O təsdiq etdi ki, Rusiya üçün ağır sanksiyalar paketi artıq hazırdır. Aİ Ukraynaya siyasi və maliyyə dəstəyi göstərmək üçün əlavə səylər göstərəcək. Aİ-yə qəti mövqeyinə və qətiyyətli addımlar atmağa hazır olmasına görə minnətdaram”, - D.Kuleba deyib.

Son xəbərlər

Orphus sistemi