XİN başçıları Gürcüstana Azərbaycanla Ermənistan arasında uğurlu vasitəçiliyə görə təşəkkür ediblər

XİN başçıları Gürcüstana Azərbaycanla Ermənistan arasında uğurlu vasitəçiliyə görə təşəkkür ediblər Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri - Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku ilə görüşüb.
Region
26 İyun , 2021 15:00
XİN başçıları Gürcüstana Azərbaycanla Ermənistan arasında uğurlu vasitəçiliyə görə təşəkkür ediblər

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri - Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.

İ.Qaribaşvili XİN başçılarına Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin tapşırığı əsasında Gürcüstan və Cənubi Qafqaza etdikləri səfərə görə minnətdarlığını bildirib.

O deyib ki, nazirlərin missiyasi Aİ-nin Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyi təşviq etdiyini sübut edir.

Görüşdə Gürcüstan baş nazirinin fəal vasitəçiliyi əsasında ABŞ-ın iştirakı ilə Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaya xüsusi diqqət ayrılıb. Bölgədə münaqişələrin sülh yolu ilə həllinin önəmi vurğulanıb.

XİN başçıları İ.Qaribaşviliyə Azərbaycanla Ermənistan arasında uğurlu vasitəçiliyə görə təşəkkür ediblər. Bildirilib ki, vasitəçilik sayəsində Ermənistanın 15 vətəndaşı sərbəst buraxılıb və Ermənistan minalanmış ərazilərlə bağlı vacib materiallar Azərbaycan tərəfinə təqdim olunub.

Tərəflər Gürcüstanın işğal altında olan ərazilərindəki ağır vəziyyət və hökumətin münaqişənin dinc yolla həlli ilə bağlı strategiyası ətrafında da fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi