XİN sözçüsü: "Rusiya diplomatlarının qorunması məsələsi onları qəbul edən dövlətdən asılıdır"

XİN sözçüsü: "Rusiya diplomatlarının qorunması məsələsi onları qəbul edən dövlətdən asılıdır" "Beynəlxalq hüquqa əsasən, qəbul edən ölkənin rolu birinci dərəcəli sayılır"
Region
27 Dekabr , 2016 16:56
XİN sözçüsü: Rusiya diplomatlarının qorunması məsələsi onları qəbul edən dövlətdən asılıdır

Bakı. 27 dekabr. REPORT.AZ/ "Rusiya belə şəraitdə diplomatik nümayəndəliklərin və diplomatların daha yaxşı mühafizə edilməsinin zəruri olduğunu başa düşür".

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi həftəlik brifinqdə bir sıra xarici media orqanında İŞİD-in Rusiyanın bəzi ölkələrdəki səfirləri ilə hesablaşacağı barədə yazılan xəbərləri şərh edərkən deyib.

"Əlbəttə, Rusiya tərəfindən çox şey asılıdır. Amma səfiri qəbul edən tərəfin də rolu vacibdir. Bu, beynəlxalq hüquqa əsasən, birinci dərəcəli sayılır" - M.Zaxarova bildirib.

Onun sözlərinə görə, diplomatik nümayəndələrin və diplomatların qorunması müvafiq strukturların peşəkarlığından, eləcə də səmərəli və vicdanlı tərəfdaşlıqdan asılıdır.

Son xəbərlər

Orphus sistemi