Xəzər dənizi hövzəsində beştərəfli əməkdaşlıq koronavirus pandemiyasının mənfi nəticələrini və dünyadakı iqtisadi proseslərdəki sarsıntıları aradan qaldırmağa kömək edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə 2-ci Xəzər İqtisadi Forumunun kommünikesində deyilir.
“Nümayəndə heyətlərinin başçıları bildirirlər ki, Xəzər dənizində çoxtərəfli əməkdaşlıq koronavirus pandemiyasının Xəzəryanı ölkələrin iqtisadiyyatları üçün yaratdığı mənfi nəticələrin, eləcə də hazırkı mərhələdə dünyadakı iqtisadi proseslərdəki sarsıntıların aradan qaldırılmasına kömək edəcək”, - sənəddə qeyd edilir.
Bildirilir ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizindən tam miqyasda istifadə Xəzəryanı ölkələrin biznesinin iqtisadi fəallığına müsbət təsir göstərəcək.
“Xəzər beşliyi”nin bəyanatında deyilir ki, Xəzərlə bağlı bütün məsələlər dialoq yolu ilə həll olunur.
Xatırladaq ki, iclasda Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edib.