Xəzər dənizinin səviyyəsi regionun bütün dövlətləri tərəfindən nizamlanacaq

Xəzər dənizinin səviyyəsi regionun bütün dövlətləri tərəfindən nizamlanacaq Əmirabadda Xəzəryanı dövlətlərin liman administrasiyalarının rəhbərlərinin konfransı başa çatıb
Region
18 Noyabr , 2015 14:56
Xəzər dənizinin səviyyəsi regionun bütün dövlətləri tərəfindən nizamlanacaq

Bakı. 18 noyabr. REPORT.AZ/ İranın Əmirabad şəhərində Xəzəryanı dövlətlərin liman administrasiyalarının rəhbərlərinin konfransı başa çatıb. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, konfransda Xəzər dənizinin səviyyəsinin aşağı salınması üzrə birgə iş barədə qərar qəbul edilib.

İranın limanlar və dəniz nəqliyyatı təşkilatının tarif və tranzit idarəsinin direktoru Xosrov Sarinin sözlərinə görə, Xəzəryanı dövlətlər naviqasiyanın inkişafı və bioresurslardan tam istifadə üçün hazırda bu məsələnin həllinə çalışır.

İclasda, həmçinin ekologiya, Xəzəryanı ölkələrin limanları arasında əməkdaşlıq, yük daşınmaları və boşaldılması qaydalarının sadələşdirilməsi, su nəqliyyatı və liman infrastrukturuna investisiya yatırılması, iqtisadi əməkdaşlıq və elmi təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi