Xəzər dənizində təlimlər keçirilir

Xəzər dənizində təlimlər keçirilir Təlimlərdə Rusiya Xəzər Donanmasına məxsus 10 gəmi iştirak edir
Region
238
22 Aprel , 2015 17:38
Xəzər dənizində təlimlər keçirilir

Bakı. 22 aprel. REPORT.AZ/ Rusiyanın Xəzər Donanmasının gəmiləri Cənub Hərbi Dairəsinin (CHD) bir sıra hərbi hissə və birləşmələrinin hərbi hazırlığı vəziyyətinin yoxlanması çərçivəsində dənizdə təlimlərə başlayıb. Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir. 

"Xəzər Donanmasının 10 gəmi, kater və hərbi qayıqlardan ibarət qrupu Maxaçkala limanından çıxıb hərbi-təlim tapşırıqlarının yerinə yetirilməsinə başlayıb. Təlimlərdə "Dağıstan" raketdaşıyan gəmisi, desant katerləri, "P-351" "Qraçonok" geniştəyinatlı diversiyalara qarşı kateri, eləcə də hidroqrafik xidmət və yardımçı donanma gəmiləri iştirak edir", - CHD-nin məlumatında deyilir. 

Son xəbərlər

Orphus sistemi