Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Polşa və Belarusla həmsərhəd olan Volın vilayətinə səfər edib.
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, o, dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi üçün görülən işlərlə tanış olub.
Dövlət başçısı həmçinin sərhədçilərlə görüşüb, onları mükafatlandırıb.