Vladimir Putinin əmək haqqı 2016-cı ildə azalıb

Vladimir Putinin əmək haqqı 2016-cı ildə azalıb Rusiya prezidentinin ötən il üçün gəlirləri açıqlanıb
Region
14 Aprel , 2017 16:50
Vladimir Putinin əmək haqqı 2016-cı ildə azalıb

Bakı. 14 aprel. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin 2016-cı ildə 8,858 milyon rubl qazanıb.

"Report" xəbər verir ki, bu barədə Kremlin saytında dərc edilmiş müvafiq bəyannamədə göstərilib.

Bəyannaməyə əsasən, V.Putinin ixtiyarında sahəsi 1500 kvadratmetr olan torpaq sahəsi, 77 kvadratmetr sahəyə malik mənzil və 18 kvadratmetr sahəyə malik qaraj var.

Həmçinin, Rusiya prezidenti bəyannamədə QAZ (QAZ M21) markalı iki və "Niva" markalı bir avtomobilinin, eləcə də "Skif" treylerinin olduğunu göstərib.

Qeyd edək ki, Rusiya prezidentinin 2015-ci ildəki gəliri keçən illə müqayisədə daha çox idi - 8,891 milyon rubl. Bir sözlə, onun əmək haqqı azalıb.