Rusiya Prezidenti Vladimir Putinin modernləşdirilmiş strateji raket daşıyıcısı Tu-160M ilə uçuşu başa çatıb.
“Report” xəbər verir ki, bu barədə Kremldəki mənbə bildirib.
Qeyd olunub ki, uçuş 30 dəqiqə davam edib.
Xatırladaq ki, daha əvvəl uçuşun 40 dəqiqə davam edəcəyi barədə məlumat verilmişdi.
Rusiya Prezidenti Vladimir Putinin modernləşdirilmiş strateji raket daşıyıcısı Tu-160M ilə 40 dəqiqə uçacaq.
“Report” xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, V.Putin Tu-160M-də uçmaq üçün S. P. Qorbunova adına Kazan Aviasiya Zavodunun uçuş-enmə zolağına gəlib. Dövlət başçısını raketdaşıyıcının ekipajı qarşılayıb.
Tu-160M nüvə və adi silahlarla ucqar ərazilərdə ən mühüm hədəfləri məhv etmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, V.Putin fevralın 21-də Kazanda Qorbunov adına Aviasiya Zavodunun yeni sexlərindən birinə baş çəkib və dörd Tu-160M raketdaşıyıcısına baxış keçirib.