​Vladimir Putin: "Nəticələrdən şikayət ediləcəyinə inanmıram"

​Vladimir Putin: "Nəticələrdən şikayət ediləcəyinə inanmıram" "Rusiya ilə bağlı məsələdə ehtimal olunan korrupsiyaya dair sübut tapmadıq"
Region
20 İyun , 2015 14:35
​Vladimir Putin: Nəticələrdən şikayət ediləcəyinə inanmıram

Bakı. 20 iyun. REPORT.AZ/ "Biz vicdanla mübarizə aparmışıq. Nəticələrdən şikayət ediləcəyinə inanmıram".

"Report" BBC-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə futbol üzrə dünya çempionatının ölkəsində keçiriləcəyi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O qeyd edib ki, "Dünya Çempionatı-2018"-ə ev sahibliyi seçimində ehtimal olunan korrupsiya faktlarını Rusiya özü araşdırıb: "Rusiya ilə bağlı məsələdə ehtimal olunan korrupsiyaya dair sübut tapmadıq".

Qeyd edək ki, bu ilin mayında FİFA-nın bir neçə yüksək vəzifəli məmuru korrupsiya ittihamı ilə həbs olunub. İstintaqın əsas obyektləri "DÇ-2018" (Rusiya) və "DÇ-2020"-yə (Qətər) ev sahibi seçilməsində ehtimal olunan korrupsiya məsələsidir. 

Son xəbərlər

Orphus sistemi