Bakı. 4 iyul. REPORT.AZ/ "Rusiya ilə ABŞ münasibətlərində fikir ayrılığı olsa da, dünyada sabitlik və təhlükəsizliyin təmin olunması əsas amildir". "Report" TASS-a istinadən xəbər verir ki, bu fikirlər Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Barak Obmaya ABŞ-ın Müstəqillik günü ilə bağlı ünvanladığı təbrik məktubunda yer alıb.
Vladimir Putin məktubda ABŞ və Rusiyanın bir-birinin maraqlarına bərabərhüquqlu və qarşılıqlı hörmət prinsipləri əsasında dialoq qurmasına, ən mürəkkəb beynəlxalq problemlərin və qlobal təhdidlərin səmərəli həllini tapa biləcəklərinə əminliyini ifadə edib.