Bakı. 4 dekabr. REPORT.AZ/ "ABŞ-ın strateji raket əleyhinə müdafiə sisteminin yaradılmasına davam etməsi yalnıız Rusiya və Avropa ölkələri üçün deyil, hətta özlərinə də təhlükə yaradır". "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Federal Məclisinə müraciətində bildirib.
"Bu, qüvvələrin strateji balansının pozulması səbəbindən yalnız Rusiya deyil, bütün dünya, hətta ABŞ üçün də təhlükə yaradır. Çünki toxunulmazlıq illüziyası yaradır, birtərəfli, çox vaxt düşünülməmiş qərarlar və əlavə risklərə meyli gücləndirir", - RF prezidenti bəyan edib.
Onun sözlərinə görə, Rusiya bahalı silah yarışında iştirak etməyəcək, lakin bununla belə, yeni şərtlərdə öz müdafiəsini etibarlı şəkildə təmin edəcək.