Vitse-spiker: “Ukraynada Heydər Əliyevin xatirəsini əziz tuturlar”

Vitse-spiker: “Ukraynada Heydər Əliyevin xatirəsini əziz tuturlar” "Biz bu ilin mayında Azərbaycanda olarkən müxtəlif görüşlər keçirib, çoxsaylı tədbirlərdə iştirak etmişik. Ən əsası biz Heydər Əliyevi xatırlayır, hörmətlə anırıq. Azərbaycanın Ukraynadakı səfirliyi qarşısında Heydər Əliyevin adını daşıyan park var. İrpen
Region
30 Noyabr , 2023 16:11
 Vitse-spiker: “Ukraynada Heydər Əliyevin xatirəsini əziz tuturlar”

"Biz bu ilin mayında Azərbaycanda olarkən müxtəlif görüşlər keçirib, çoxsaylı tədbirlərdə iştirak etmişik. Ən əsası biz Heydər Əliyevi xatırlayır, hörmətlə anırıq. Azərbaycanın Ukraynadakı səfirliyi qarşısında Heydər Əliyevin adını daşıyan park var. İrpendə Heydər Əliyevin həyat yoldaşı Zərifə Əliyevanın adına məktəb mövcuddur”.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının vitse-spikeri Olena Kondratyuk bildirib.

Onun sözlərinə görə, Ukraynanın ilk ali mükafatı olan “Yaroslav Mudrı” ordeni məhz Ulu Öndər Heydər Əliyevə təqdim olunub: "Ukraynada bu ordenlə seçilmiş, böyük şəxsiyyətlər təltif olunurlar".

Vitse-spiker onu da bildirib ki, hazırda Ukraynada çətin günlərini yaşayır: “Rusiya bu yaxınlarda müxtəlif yaşayış binalarına raket zərbələri endirib. Zərər çəkən məktəblərdən biri Azərbaycan tərəfindən təmir olunub. Bundan danışmaq çox xoşdur. Məktəbdə bərpa işləri başa çatıb və artıq şagirdlər burda təhsil ala bilərlər. Hesab edirəm ki, bu, iki ölkə arasında gələcəkdə də əməkdaşlığın davam etdirilməsinin rəmzidir”.

Son xəbərlər

Orphus sistemi