​Vəkil: "Nemtsovun işi üzrə 20-yə yaxın ekspertiza təyin edilib"

​Vəkil: "Nemtsovun işi üzrə 20-yə yaxın ekspertiza təyin edilib" İvan Gerasimov: "Bura məhkəmə-tibbi, bioloji, molekulyar-genetik, kriminalistik və başqaları aiddir"
Region
18 Mart , 2015 11:31
​Vəkil: Nemtsovun işi üzrə 20-yə yaxın ekspertiza təyin edilib

Bakı. 18 mart. REPORT.AZ/ Rusiya siyasətçisi Boris Nemtsovun qətlinə dair cinayət işi ilə bağlı 20-yə yaxın ekspertiza təyin edilib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda müttəhim Zaur Dadayevin vəkili İvan Gerasimov bildirib.

"Cinayət işi ilə bağlı çox böyük həcmdə - təxminən 20 ekspertiza təyin edilib. Bura məhkəmə-tibbi, bioloji, molekulyar-genetik, kriminalistik, ballistik və başqaları aiddir", - vəkil vurğulayıb.

Xatırladaq ki, Boris Nemtsov bu il fevralın 28-də Moskvada qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi