ÜST Ukraynaya 316 tondan çox yardım göndərib

ÜST Ukraynaya 316 tondan çox yardım göndərib Ümümdünya Səhiyyə Təşkilatı Ukraynaya 316 tondan çox yardım göndərib.
Region
5 May , 2022 17:16
ÜST Ukraynaya 316 tondan çox yardım göndərib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ukraynaya 316 tondan çox yardım göndərib.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə qurumun baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Ukraynada səhiyyə sisteminin dağıdılması fəlakətdir. Milyonlarla insan didərgin düşüb. Tibb müəssisələrinə hücumlar isə daha dəhşətlidir”, - o söyləyib.

Baş direktor vurğulayıb ki, Ukraynada həkimlər çətin şəraitdə işləməyə məcburdurlar.

O, eyni zamanda ÜST-ün müharibə nəticəsində qaçqın düşən 5 milyondan çox insana yardım etdiyini xatıladıb:

“Biz Rusiyanı bu müharibəni dayandırmağa çağırırıq. Yeganə çıxşı yolu savaşı dayandırmaq və sülhə nail olmaqdır”.

Son xəbərlər

Orphus sistemi