Ümummilli liderin xatirəsi İstanbulda ehtiramla anılıb

Ümummilli liderin xatirəsi İstanbulda ehtiramla anılıb Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə İstanbulun Sarıyer rayonunda tədbir keçirilib. "Report"un yerli bürosu xəbər verir ki, tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı i
Region
10 May , 2022 13:53
Ümummilli liderin xatirəsi İstanbulda ehtiramla anılıb

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə İstanbulun Sarıyer rayonunda tədbir keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutub.

Tədbir zamanı həmin rayonda yerləşən Heydər Əliyev Parkında ulu öndərin abidəsi ziyarət olunub. Mərasimdə Ulu öndərin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklillər və tər güllər düzülüb.

Mərasimdə Azərbaycanın İstanbuldaki baş konsulu Nərminə Mustafayeva, konsulluğun əməkdaşları, Sarıyer Bələdiyyəsinin sədri Şükrü Genç, Türk Dövlətləri Təşkilatı (TDT) Baş katibinin müavini Qismət Gözəlov, TDT-nin Ağsaqqallar Şurasının Azərbaycan üzrə nümayəndəsi Həsən Həsənov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), “Azərbaycan Hava Yolları”nın (AZAL) əməkdaşları, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİB) nümayəndələri, eləcə də diplomatlar, Azərbaycanın dövlət təşkilatlarının Türkiyədəki nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən N.Mustafayeva ümummilli liderin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb. O çıxışında xatırladıb ki, Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra xalq Ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət edib və məhz bundan sonra suveren Azərbaycan dövləti yaranıb: "Ümummilli liderin xalqımız qarşısındakı xidmətləri, onun apardığı siyasət ilə Azərbaycan dünyaya açıldı. Ümummilli Lider ölkəmizin müstəqilliyini hər şeydən üstün tuturdu. Azərbaycan xalqı hər zaman bilirdi ki, dövlətinin ən çətin anında ulu öndər onun köməyinə gələcək. Ümummilli Liderimizin siyasətini çox uğurla davam etdirən, xalqın, dövlətinin qüdrətlənməsi istiqamətində böyük uğurlara imza atan Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi ilə işğal altında olan torpaqlarımızı bizə qaytardı. Ulu öndər bu gün cismən aramızda olmasa da, onun ruhu daima Azərbaycan xalqının yanındadır”.

Daha sonra tədbir iştirakçıları Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün parkda yerləşən abidəsini ziyarət edib, abidəsi önünə tər güllər düzüblər.

Son xəbərlər

Orphus sistemi