Ukrayna Silahlı Qüvvələri: Rusiya qoşunları Kiyevə daxil ola bilməyəcək

Ukrayna Silahlı Qüvvələri: Rusiya qoşunları Kiyevə daxil ola bilməyəcək Kiyevə aparan yollar etibarlı şəkildə “qıfıllanıb”, Rusiya qoşunları paytaxta daxil ola bilməyəcək.
Region
17 Mart , 2022 20:20
Ukrayna Silahlı Qüvvələri: Rusiya qoşunları Kiyevə daxil ola bilməyəcək

Kiyevə aparan yollar etibarlı şəkildə “qıfıllanıb”, Rusiya qoşunları paytaxta daxil ola bilməyəcək.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının İctimaiyyətlə Əlaqələr Xidmətinin feysbukdakı məlumatında deyilir.

O cümlədən qeyd edilib ki, Kiyevin müdafiə komandanı - Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski paytaxtın şimal-qərb hissəsində - Moşun yaşayış məntəqəsində müdafiəni yoxlayıb.

“12 gündən artıqdır ki, düşmənin bu istiqamətdə ukraynalı müdafiəçilərin müdafiəsini yarmaq cəhdi uğursuzluğa düçar olur. Burada Rusiyanın işğalçı qoşunları ilə şiddətli döyüşlər gecə-gündüz davam edir. İşğalçı texnika və canlı qüvvədə xeyli itki verir”, - məlumatda deyilir.

Ukrayna hərbçiləri ilə söhbətdən sonra Sırski qeyd edib ki, ukraynalı müdafiəçilər vətənlərini qorumağa hazırdırlar. “Paytaxta aparan yollar isə etibarlı şəkildə “qıfıllanıb”, Rusiya qoşunları paytaxta daxil ola bilməyəcək”, - məlumatda vurğulanıb.

Bundan başqa, ukraynalı müdafiəçilərin əhval-ruhiyyəsi də yüksək səviyyədədir. “Biz hər fürsətdə düşməni məhv edəcəyik”, - Sırski bildirib.

Son xəbərlər

Orphus sistemi