Ukraynada həyatını itirən amerikalı jurnalist Brent Reno “The New York Times” qəzetində işləmir.
“Report” xəbər verir ki, bu barədə nəşrin nümayəndəsi Kliff Levi tviterdə məlumat verib.
“Amerikalı jurnalist Brent Renonun Ukraynada vəfatı xəbərindən çox kədərləndik. Brent istedadlı fotoqraf və kinorejissor idi, lakin o, “New York Times” qəzeti tərəfindən Ukraynaya ezamiyyətə göndərilməyib”, - o yazıb.
Onun sözlərinə görə, təqdim edilən akkreditasiya kartı uzun illər əvvəl Renoya verilib.
Ukraynanın Kiyev vilayətinin İrpen şəhərində "New York Times" qəzetinin müxbiri güllələnib.
"Report"
"İşğalçılar hətta rus qoşunlarının Ukraynadakı vəhşilikləri haqqında həqiqəti göstərməyə çalışan beynəlxalq media jurnalistlərini də rüsvayçılıqla öldürürlər. Bu gün İrpendə dünyaca məşhur "New York Times"ın 51 yaşlı müxbiri güllələnib", - o deyib.
Qeraşenkonun sözlərinə görə, atəş zamanı daha bir jurnalist yaralanıb. Ona ilkin tibbi yardım göstərilir.