Ukraynada helikopter qəzasında 14 nəfər ölüb, 25-i yaralanıb - RƏSMİ - YENİLƏNİB-3

Ukraynada helikopter qəzasında 14 nəfər ölüb, 25-i yaralanıb - RƏSMİ - YENİLƏNİB-3 Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində uşaq bağçasının yaxınlığında partlayış, daha sonra isə güclü yanğın baş verib.
Region
18 Yanvar , 2023 18:42
Ukraynada helikopter qəzasında 14 nəfər ölüb, 25-i yaralanıb - RƏSMİ - YENİLƏNİB-3

Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzasının baş verdiyi ərazidə xilasetmə işləri başa çatıb və rəsmi məlumata görə 14 meyit tapılıb. 

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. 

Bildirilib ki, ölənlərdən biri uşaqdır. 

Bundan başqa, Dövlət Xidməti məlumat verib ki, qəza nəticəsində 11 uşaq daxil olmaqla 25 nəfər yaralanıb. 

Xatırladaq ki, Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində uşaq bağçasının yaxınlığında partlayış, daha sonra isə güclü yanğın baş verib.

Qeyd edək ki, həlak olanlar arasında Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də var.

12:56

Kiyev vilayətinin Brovarı şəhərində baş verən helikopter qəzasında ölənlərin sayı 19-a çatıb, 29 nəfər yaralanıb.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Yaralılardan 15-i uşaqdır.

Hadisə şahidlərinin sözlərinə görə, helikopter bağça üzərində üç dəfə dövrə vurub, ardınca yüksək sürətlə yerə enib. Partlayışdan dərhal sonra yanğın baş verib.

DİN-dən bildirilib ki, hadisənin səbəbi araşdırılır.

12:39

Ukraynada helikopter qəzasında həlak olanların sayı 18-ə çatıb.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Kiyev Hərbi Administrasiyasının rəhbəri Oleksiy Kuleba məlumat verib.

Ölənlərdən 3-ü uşaqdır.

Qəza nəticəsində 26 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, həlak olanlar arasında Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də var.

12:09

Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində uşaq bağçasının yaxınlığında partlayış, daha sonra isə güclü yanğın baş verib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

UNİAN-ın məlumatına görə, qəza nəticəsində 5 nəfər ölüb və onların arasında uşaqların olması ehtimalı var.

Kiyev vilayəti polisinin mətbuat katibi İrina Pryanişnikova bir nəfərin öldüyünü açıqlayıb.

Son xəbərlər

Orphus sistemi