Ukraynalı politoloq: Qərb təəssüf ki, ölkəmizə ordu göndərməyə hazır deyil

Ukraynalı politoloq: Qərb təəssüf ki, ölkəmizə ordu göndərməyə hazır deyil Təəssüf ki, Qərb ölkələri Ukraynaya söz verdikləri ordunu göndərməyə hazır deyillər. Ukrayna ərazisinə xarici orduların gətirilməsi hazırda çətin məsələdir. Ölkə liderlərinin açıqlamaları da bunu deməyə əsas verir.
Region
1 İyun , 2024 12:14
Ukraynalı politoloq: Qərb təəssüf ki, ölkəmizə ordu göndərməyə hazır deyil

Təəssüf ki, Qərb ölkələri Ukraynaya söz verdikləri ordunu göndərməyə hazır deyillər. Ukrayna ərazisinə xarici orduların gətirilməsi hazırda çətin məsələdir. Ölkə liderlərinin açıqlamaları da bunu deməyə əsas verir.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında politoloq Maksim Yali bildirib.

Onun sözlərinə görə, buna səbəb onların daxili siyasi durumları, Rusiyaya qarşı eskalasiya riskləri nəzərə almaları və s. amillərdir. Politoloq qeyd edir ki, buna baxmayaraq bu barədə diskussiya davam edir: "Ola bilsin ki, bu müzakirələrin nəticəsi olaraq Fransa, Polşa, Baltikyanı ölkələr Ukraynaya hərbi instrukturlarını ukraynalı hərbçilərə təlim keçməyə göndərsinlər. Bu da yəqin ki cəbhəyə yaxın yox, kənar bir yerdə olacaq. Bütün hallarda bu da ukraynalı hərbçilərin döyüş effektinə, cəbhədə situasiyaya ciddi təsir göstərəcək. Amma bütün bunlar, məsələn, yaxın 2 ayda olmayacaq. Sonra nələr baş verəcək, bunu görəcəyik”.

Politoloq əlavə edib ki, hazırkı məqamda situasiyaya Ukraynanın Rusiya ərazisində zərbələr endirməyə tərəfdaş ölkələrdən dəstəyin alınmasıdır ki, ABŞ, Almaniya və digərləri bu dəstəyi artıq verdilər: “Düşünürəm ardınca bu məsələ də həllini tapacaq. Hər şey cəbhədəki vəziyyətin gələcək inkişafından asılıdır".

Son xəbərlər

Orphus sistemi