Ukraynalı general: "Ərazilərimizin tam azad ediləcəyinə şübhə etmirik"

Ukraynalı general: "Ərazilərimizin tam azad ediləcəyinə şübhə etmirik" "Artıq yarım ildir ki, azadlıq, azad ölkədə yaşamaq hüququ uğrunda mübarizə davam edir. Bəlkə də 6 ay əvvəl hadisələrin bu cür gedişatına, ukraynanıların Rusiya qarşısında tab gətirə biləcəyinə çox az adam inanırdı, amma bu, baş verdi. Dünyanın müxtəlif g
Region
24 Avqust , 2022 15:09
Ukraynalı general: Ərazilərimizin tam azad ediləcəyinə şübhə etmirik
Viktor Nazarov

"Artıq yarım ildir ki, azadlıq, azad ölkədə yaşamaq hüququ uğrunda mübarizə davam edir. Bəlkə də 6 ay əvvəl hadisələrin bu cür gedişatına, ukraynalıların Rusiya qarşısında tab gətirə biləcəyinə çox az adam inanırdı, amma bu, baş verdi. Dünyanın müxtəlif guşələrinə səpələnmiş ukraynalılar hamıya əsl birlik, uğur və özünü qurban vermək nümunəsi nümayiş etdirdilər".

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna ordusunun general-mayoru Viktor Nazarov bildirib.

"Biz başa düşdük ki, ölkəmizin müstəqilliyini müdafiə edə bilərik. Rusiyanın bizə qarşı başlatdığı müharibə fonunda təkcə Avropa üçün deyil, bütün dünya üçün demokratiyanı, ictimai quruluşu, dəyərləri, insan azadlığını, müstəqilliyi qoruyacağıq. Müharibənin 6 ayı ərzində başa düşdük ki, nəinki müdafiə oluna, hətta qalib də gələ bilərik", - o, əlavə edib.

General xatırladıb ki, Kiyevin ətrafı, Çerniqov, Sumı, Nikolayev, Odessa düşməndən azad edilib, Xerson uğrunda döyüşlər davam edir:

"Ukraynalılar ağır şərtlər altında ölkənin şərqində müdafiəni təmin edirlər. Ərazilərimizin tam azad ediləcəyinə şübhə etmirik. Bizə silah və maliyyə dəstəyi verən, həmçinin mənəvi dəstək olan bütün tərəfdaşlarımıza minnətdarıq. Ukraynalılar tam qələbə qazananadək mübarizəni davam etdirəcəklər. İndi bizə nə qədər çətin olsa da, ölkə rəhbərliyindən tutmuş sıravi vətəndaşlaradək hər kəs buna inanır. Şübhə etmirik ki, bütün Ukrayna azad olacaq.

Müstəqillik günümüz mübarək!"

Son xəbərlər

Orphus sistemi