Ukraynada yoluxanların sayı 53 minə yaxınlaşır

Ukraynada yoluxanların sayı 53 minə yaxınlaşır Koronavirusa yoluxan 25 661 pasiyent sağalıb.
Region
436
11 İyul , 2020 13:05
Ukraynada yoluxanların sayı 53 minə yaxınlaşır

Ukraynada son sutkada daha 800 nəfər koronavirusa yoluxub.

“Report” UİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Aparatının koronavirusun yayılmasına dair monitorinq sistemi məlumat yayıb.

Ölkədə COVID-19-a yoluxanların sayı 52 843 nəfərə çatıb.

Son sutkada 27 nəfər virusun qurbanı olub. Bununla da ölənlərin sayı 1 372 nəfərə yüksəlib.

Koronavirusa yoluxan 25 661 pasiyent sağalıb.