Ukraynada koronavirusa yoluxanların sayı kəskin artdı

Ukraynada koronavirusa yoluxanların sayı kəskin artdı Ukraynada ötən gün rekord sayda – 1 109 yoluxma faktı qeydə alınıb.
Region
26 İyun , 2020 10:15
Ukraynada koronavirusa yoluxanların sayı kəskin artdı

Ukraynada ötən gün rekord sayda – 1 109 yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Nazirliyi açıqlayıb.

Məlumata görə, Şərqi Avropa ölkəsində qeydə alınmış yoluxma hallarının sayı 41 117-yə yüksəlib.

Bildirilib ki, Ukraynada son 24 saatda pandemiya qurbanlarının sayı daha 19 nəfər artaraq 1 086-ya çatıb. Bundan başqa, indiyədək 18 299 nəfər virusdan sağalıb.

Qeyd edək ki, iyunun 25-nə olan məlumata görə, Ukraynada 944 yeni yoluxma faktı qeydə alınmışdı.  

Son xəbərlər

Orphus sistemi