Ukraynada koronavirusa yoluxanların sayı 40 000-i ötdü

Ukraynada koronavirusa yoluxanların sayı 40 000-i ötdü Ukraynada ötən sutka koronavirusa rekord sayda - 944 yoluxma faktı qeydə alınıb.
Region
25 İyun , 2020 10:07
Ukraynada koronavirusa yoluxanların sayı 40 000-i ötdü

Ukraynada ötən sutka koronavirusa rekord sayda - 944 yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası açıqlayıb.

Məlumata görə, eyni dövr ərzində 16 nəfər pandemiyanın qurbanı olub, 349 nəfər isə sağalıb.

Beləliklə, Şərqi Avropa ölkəsində indiyədək 40 008 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 17 758 nəfər sağalıb, 1 067 nəfər isə ölüb. 

Son xəbərlər

Orphus sistemi