Ukraynada hərbi hissənin atəşə tutulması nəticəsində 70-dən çox ölən var

Ukraynada hərbi hissənin atəşə tutulması nəticəsində 70-dən çox ölən var "Ukraynanın Axtırka şəhərində hərbi hissəsinin atəşə tutulması nəticəsində 70-dən çox ölən var. Xilasedicilər axtarış işlərini davam etdirirlər".
Region
1 Mart , 2022 10:40
Ukraynada hərbi hissənin atəşə tutulması nəticəsində 70-dən çox ölən var

"Ukraynanın Axtırka şəhərində hərbi hissəsinin atəşə tutulması nəticəsində 70-dən çox ölən var. Xilasedicilər axtarış işlərini davam etdirirlər".

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Sum vilayəti dövlət administrasiyasının sədri Dmitri Jiviski bildirib.

“Dünən düşmən artilleriyası hərbi hissəni atəşə tutub. Meyitlərin dağıntılar altından çıxarılması işləri davam etdirilir. Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları, könüllülər çalışırlar. Ölənlərin sayı çoxdur. Qəbristanlıqda 70 Ukrayna döyüşçüsü üçün yer hazırlanır”, - D.Jiviski teleqram kanalda yazıb.

O, daha sonra ölənlərin sırasında dinc sakinlərin olduğunu, həmçinin rusların da xeyli itki verdiyini deyib.

“Şəhərdə rusların xeyli meyitləri var. Onları yığmaqla məşğuluq. Qırmızı Xaç Komitəsinin əməkdaşları meyitləri evlərinə aparır”, - administrasiya sədri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi