Ukraynada bütün səfirliklərin və konsulluqların mühafizəsi gücləndirilib

Ukraynada bütün səfirliklərin və konsulluqların mühafizəsi gücləndirilib Müvafiq fərman Ukrayna Prezidenti Petro Poroşenko tərəfindən verilib
Region
29 Mart , 2017 14:47
Ukraynada bütün səfirliklərin və konsulluqların mühafizəsi gücləndirilib

Bakı. 29 mart. REPORT.AZ/ Ukraynada bütün xarici diplomatik missiyaların mühafizəsi gücləndirilib.

"Report" Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə müvafiq fərman ölkə Prezidenti Petro Poroşenko tərəfindən verilib.

Xatırladaq ki, Polşanın Ukraynanın Lutsk şəhərində yerləşən Baş Konsulluğu dünən gecə qumbaraatandan atəşə tutulub. Ukrayna Xarici İşlər Nazirliyi bu addımı qınayaraq, onun təxribat məqsədilə qəsdən törədildiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi