Ukraynada ağır yol qəzası zamanı ölənlərin sayı 27 nəfərə çatıb

Ukraynada ağır yol qəzası zamanı ölənlərin sayı 27 nəfərə çatıb Ukraynanın Rovno vilayətində sərnişin avtobusu və yanacaq çəninin toqquşması nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb.
Region
4 May , 2022 01:35
Ukraynada ağır yol qəzası zamanı ölənlərin sayı 27 nəfərə çatıb

Ukraynanın Roven vilayətində Kiyev-Çop şosesində ağır yol qəzasının baş verdiyi yerdə 27 nəfərin meyiti tapılıb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Qeraşenko bildirib.

"Roven vilayətində mikroavtobus, yanacaq daşıyan maşın və sərnişin avtobusunun toqquşduğu dəhşətli qəzada müstəntiqlər 27 nəfərin meyitini aşkarlayıb. Avtobusda olan 38 sərnişindən yalnız 12-si sağ qalıb. Yanacaq daşıyan maşının sürücüsü sağ qalıb, lakin vəziyyəti ağırdır”, - Qeraşenko çərşənbə axşamı teleqram kanalında yazıb.

00:30

Ukraynanın Roven vilayətində sərnişin avtobusu və yanacaq daşıyan maşının toqquşması nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti özünün teleqram kanalında məlumat yayıb.

Qəza Kiyev-Çop avtomobil yolunda, Dubensk rayonunun Sitnoye kəndi yaxınlığında, yerli vaxtla saat 19:30 radələrində baş verib. "Avtobusla yanacaq daşıyan avtomobilin toqquşması, ardınca avtomobillərdə yanğın baş verib. İlkin məlumata görə, 17 nəfər ölüb, 6 nəfər yaralanıb", - nazirlikdən bildirilib.

Hazırda magistral yol avtomobillərin hərəkəti üçün bağlanıb. Ukrayna mətbuatının yaydığı kadrlarda yanacaq maşının və avtobusun demək olar, tamamilə yandığı görünür.

Qəzanın başvermə səbəbi açıqlanmır. Daha əvvəl hadisə zamanı 15 nəfərin öldüyü xəbər verilib. 

Son xəbərlər

Orphus sistemi