Ukrayna XİN Mixeil Saakaşviliyə xəbərdarlıq edib

Ukrayna XİN Mixeil Saakaşviliyə xəbərdarlıq edib Sabiq prezident Gürcüstanda kütləvi itaətsizlik aksiyalarına çağırış edib
Region
275
10 Fevral , 2021 15:06
Ukrayna XİN Mixeil Saakaşviliyə xəbərdarlıq edib
Mixeil Saakaşvili

Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) ölkənin ictimai xadimlərini Gürcüstanda itaətsizlik aksiyalarına çağırışlardan çəkinməyə çağırıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə XİN-nin bəyanatında bildirilib.

Qeyd olunub ki, bu cür çağırışlar Ukraynanın strateji tərəfdaşı olan Gürcüstanın daxili işlərinə müdaxilə kimi dəyərləndirilə bilər: “Ukrayna bu cür müdaxilələrə heç zaman yol verməyib və bundan sonra da belə hərəkətlərin əleyhinə olacaq”.

Xatırladaq ki, bu günlərdə Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri, Gürcüstanın sabiq prezidenti M.Saakaşvili Gürcüstanda kütləvi itaətsizlik aksiyalarına çağırış edib. Bununla bağlı ötən gün Ukrayna səfiri İqor Dolqov Gürcüstan XİN-ə çağırılıb.

Son xəbərlər

Orphus sistemi