Kuleba: "Rusiyalıların əksəriyyəti Ukraynadakı müharibəni dəstəkləyir"

Kuleba: "Rusiyalıların əksəriyyəti Ukraynadakı müharibəni dəstəkləyir" Ukrayna xarici işlər naziri Dmitro Kuleba ruslara viza verilməsinin dayandırılması ilə bağlı Aİ və G7 dövlətlərinə müraciət edib.
Region
10 Avqust , 2022 16:59
Kuleba: Rusiyalıların əksəriyyəti Ukraynadakı müharibəni dəstəkləyir

Ukrayna xarici işlər naziri Dmitro Kuleba rusiyalılara viza verilməsinin dayandırılması ilə bağlı Avropa İttifaqı (Aİ) və "G7" dövlətlərinə müraciət edib.

“Report” xəbər verir ki, o bu barədə tviter səhifəsində yazıb.

“Prezident Volodimir Zelenski bu məsələdə israr etməkdə tamamilə haqlıdır. Rusiyalıların böyük əksəriyyəti Ukraynaya qarşı müharibəni dəstəkləyir. Beynəlxalq sərhədlərə hörmət etməyi öyrənənə qədər onlar sərhədləri keçməkdən məhrum edilməlidir”, - paylaşımda bildirilib.

Son xəbərlər

Orphus sistemi