Ukrayna xarici işlər naziri postuna namizədin adı açıqlanıb - YENİLƏNİB

Ukrayna xarici işlər naziri postuna namizədin adı açıqlanıb - YENİLƏNİB Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa verib.
Region
4 Sentyabr , 2024 11:09
Ukrayna xarici işlər naziri postuna namizədin adı açıqlanıb - YENİLƏNİB

Andrey Sibiqa Ukraynanın yeni xarici işlər naziri ola bilər.

“Report” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

A.Sibiqa xarici işlər nazirinin birinci müavinidir.

O, bundan əvvəl Prezident Ofisinin rəhbərinin müavini (2021-2024) və ölkənin Türkiyədəki səfiri (2016-2021) vəzifələrində çalışıb.

09:49

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa verib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Ali Rada Ukraynanın xarici işlər naziri Dmitri Kulebadan istefa ərizəsi alıb. Ərizəyə növbəti plenar iclaslardan birində baxılacaq”, - Ali Radanın sədri Ruslan Stefançuk sosial şəbəkə hesabında paylaşım edib.

Ötən gün bir sıra nazirlər də istefa ərizəsi verib.

“Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets və Dövlət Əmlak Fondunun sədri Vitali Koval istefa ərizələrini Ali Radaya təqdim ediblər. Bütün müraciətlərə növbəti plenar iclaslardan birində baxılacaq”, - R.Stefançuk ötən gün bildirib.

Son xəbərlər

Orphus sistemi