Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub.
Region
14 Mart , 2022 12:00
Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, indiyədək 12 000-dən çox hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 77 təyyarə, 90 helikopter, 389 tank, 1 249 zirehli döyüş maşını, 150 artilleriya qurğusu, 33 hava hücumundan müdafiə sistemi, 64 reaktiv yaylım atəş sistemi, 617 avtomobil texnikası məhv edilib.

“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi