Ukrayna MN Rusiyanın ümumi itkilərini açıqlayıb

Ukrayna MN Rusiyanın ümumi itkilərini açıqlayıb Ukrayna Müdafiə Nazirliyi Rusiyanın ümumi itkilərini açıqlayıb.
Digər ölkələr
12 Mart , 2022 12:19
Ukrayna MN Rusiyanın ümumi itkilərini açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, indiyədək 12 000-dən çox hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 58 təyyarə, 83 helikopter, 362 tank, 1 205 zirehli döyüş maşını, 135 artilleriya qurğusu, 33 hava hücumundan müdafiə sistemi, 62 reaktiv yaylım atəş sistemi, 585 avtomobil texnikası məhv edilib.

“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi