Ukrayna Prezident Ofisi: "Rusiya uduzanadək müharibə davam edəcək"

Ukrayna Prezident Ofisi: "Rusiya uduzanadək müharibə davam edəcək" “Ukrayna Prezidenti Volodimir Zelenski qarşıya iki proqram qoyub: minimum və maksimum”.
Region
13 İyun , 2022 13:41
Ukrayna Prezident Ofisi: Rusiya uduzanadək müharibə davam edəcək

“Ukrayna Prezidenti Volodimir Zelenski qarşıya iki proqram qoyub: minimum və maksimum”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak Belarusda çıxan “Zerkalo” qəzetinə müsahibəsində bildirib.

“Prezidentin təklif etdiyi minimum proqram Rusiya qoşunlarının fevralın 23-dəki mövqeyinə çəkilməsidir. Bundan sonra biz bir-birimizə qarşı bütün iddiaları müzakirə edə biləcək sülh danışıqlarına başlaya bilərik. Maksimum tapşırıq isə Ukraynanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazi bütövlüyü, Rusiyanın məğlubiyyəti və dəyişikliyin edilməsindən ibarətdir. Əks halda Rusiya zəhərli təbliğat aparacaq, revanşist ovqatla yeni müharibənin bərpasına səy edəcək. Problem budur”, - o vurğulayıb.

M.Podalyak deyib ki, Ukrayna Rusiyaya ərazilərini tərk etməsi zəruriliyini sübuta yetirənədək müharibə davam edəcək: “Bu, çox mürəkkəb və çətindir. Bunu sübut etmək üçün hər gün qəhrəman oğullarımız həlak olur. Həmin insanlar dövlət üçün əlavə dəyər yaradırlar. Bizim adamlar belədir. Onlar həlak olurlar. Bu o deməkdir ki, biz son dərəcə vacib olanı Ukrayna üçün itiririk. Bu bizim qızıl sərvətimizdir. Qiymətimizi aşağı salacaq mexanizm tapmaq mümkün deyil. Rusiya Federasiyasının nə qədər ödədiyi məni maraqlandırmır. Bu bizim üçün yüksək qiymətdir. Ancaq buna baxmayaraq, Rusiya uduzanadək mübarizəni aparacağıq”.

Son xəbərlər

Orphus sistemi