Ukrayna parlamenti DİN başçısının istefası üçün imza toplayır

Ukrayna parlamenti DİN başçısının istefası üçün imza toplayır Ukrayna Ali Radasının deputatları ölkənin daxili işlər naziri Arsen Avakovun istefası üçün imza toplamağa başlayıblar.
Region
2 İyun , 2020 15:51
Ukrayna parlamenti DİN başçısının istefası üçün imza toplayır

Ukrayna Ali Radasının deputatları ölkənin daxili işlər naziri Arsen Avakovun istefası üçün imza toplamağa başlayıblar.

“Report” RT-yə istinadən xəbər verir ki, bu barədə deputat İqor Vasilyev “Facebook” səhifəsində məlumat verib.

“Avakovun istefası üçün imza toplamağa başladıq”, - o yazıb və statusuna Radanın qətnaməsinin şəklini əlavə edib.

Xatırladaq ki, martda Ali Rada səsvermə zamanı yeni baş nazir Denis Şmıqalın təklif etdiyi hökumətin yeni tərkibini təsdiqləyib. A.Avakov yeni Nazirlər Kabinetində daxili işlər naziri vəzifəsini qoruyub.

Son xəbərlər

Orphus sistemi