Ukrayna Ordusu Luqansk istiqamətində Rusiyanın mövqelərini yarıb

Ukrayna Ordusu Luqansk istiqamətində Rusiyanın mövqelərini yarıb Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Belovodsk rayonunda Rusiyanın işğalçı qüvvələrinin mövqelərini yararaq əks-hücuma keçib və mövqelərini möhkəmləndiriblər
Region
25 Fevral , 2022 17:09
Ukrayna Ordusu Luqansk istiqamətində Rusiyanın mövqelərini yarıb

Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Belovodsk rayonunda Rusiyanın işğalçı qüvvələrinin mövqelərini yararaq əks-hücuma keçib və mövqelərini möhkəmləndiriblər.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin Əməliyyatının Qərargahı məlumat yayıb.

Bildirilib ki, xeyli itki verən Rusiya hərbçiləri döyüş meydanından Rusiya sərhədi istiqamətində qaçmağa başlayıblar.

Qeyd edək ki, Birləşmiş Qüvvələrin Əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin ölkənin şərqindəki separatçılara qarşı 2018-ci ildən bəri davam etdirdiyi əməliyyatın adıdır. Əməliyyat 2014-cü ildən 2018-ci ilədək Antiterrorçuluq Əməliyyatı adlanıb.

Son xəbərlər

Orphus sistemi