Ukrayna Donetskdə əks-hücumlara başlayıb

Ukrayna Donetskdə əks-hücumlara başlayıb Ukrayna Silahlı Qüvvələri işğal altındakı Donetsk vilayətində əks -hücum əməliyyatına başlayıb.
Region
25 iyun 2023 06:33
Ukrayna Donetskdə əks-hücumlara başlayıb

Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altındakı Donetsk vilayətində əks-hücum əməliyyatına başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, Ukrayna ordusu vilayətin Qorlovka şəhərinə raket hücumları həyata keçiriblər.

Qeyd olunub ki, əraziyə 15 raketlə zərbələr endirilib.

Məlumatda raket hücumlarının nəticəsi barədə hələ ki, yeni informasiyanın olmadığı bildirilib.

Qeyd edək ki, Rusiya Donetski 2014-cü ildə ilhaq edib və orada qondarma respublika yaradılıb.

Son xəbərlər

Orphus sistemi