Ukrayna diplomatı Gürcüstan XİN-ə çağırılıb

Ukrayna diplomatı Gürcüstan XİN-ə çağırılıb Ukraynanın Gürcüstandakı səfirliyinin müvəqqəti işlər vəkili Andrey Kasyanov Gürcüstanın Xarici İşlər Nazirliyində (XİN) olub.
Region
5 aprel 2022 16:02
Ukrayna diplomatı Gürcüstan XİN-ə çağırılıb

Ukraynanın Gürcüstandakı səfirliyinin müvəqqəti işlər vəkili Andrey Kasyanov Gürcüstanın Xarici İşlər Nazirliyində (XİN) olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

Xarici işlər nazirinin müavini Teymuraz Cancaliya diplomatla keçirdiyi görüşdə Tbilisinin Ukrayna tərəfinin Gürcüstanın xüsusi xidmət orqanlarının Rusiyanın müvafiq xidmətləri ilə məxfi əlaqələrinin olması və sanksiyaya məruz qalmış məhsulların qaçaqmalçılıq yolu ilə daşınması barədə yaydığı məlumatlarla bağlı narahatlığını ifadə edib.

Sözügdən məlumatın həqiqətə uyğun olmadığı və bu kimi bəyanatların iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirdiyi, həmçinin Gürcüstanın təhlükəsizliyinə təhdid yaratdığı bildirilib.

Ukraynalı diplomat Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Nazirliyinin mövqeləri barədə məlumatlandırılıb. A.Kasyanovdan müvafiq sübutlar təqdim etmək xahiş olunub. Ukrayna tərəfi görüşdə yayılmış informasiyaya dair heç bir sübut təqdim etməyib.

Diplomat Ukraynaya göstərilən humanitar yardım, dəstək və həmrəyliyə görə Gürcüstana bir daha minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi