Türkmənistanda prezident seçkilərinin nəticələri bu gün açıqlanacaq

Türkmənistanda prezident seçkilərinin nəticələri bu gün açıqlanacaq Türkmənistanda keçirilmiş növbədənkənar seçkilərin nəticələrinin hesablanması prosesi davam edir. Bu gün yekun nəticələr açılqlanacaq.
Region
14 Mart , 2022 10:46
Türkmənistanda prezident seçkilərinin nəticələri bu gün açıqlanacaq

Türkmənistanda martın 12-də keçirilmiş növbədənkənar prezident seçkilərin nəticələrinin hesablanması prosesi davam edir. Bu gün yekun nəticələr açılqlanacaq.

“Report” xəbər verir ki, hazırda Türkmənistanın xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərində və konsulluqlarında yaradılmış səsvermə məntəqələrinin nəticələrinin hesablanması həyata keçirilir. Saat qurşaqlarındakı fərq səbəbindən nəticələr müəyyən gecikmə ilə daxil olur.

Xatırladaq ki, seçkilərdə dövlət başçısı vəzifəsi uğrunda 9 namizəd mübarizə aparıb. Onlardan 6-sı ölkənin 5 vilayətinin və Aşqabad şəhərinin təşəbbüs qrupları tərəfindən namizədliyi irəli sürülmüş şəxslər, həmçinin ölkədə fəaliyyət göstərən 3 siyasi partiyanın - Türkmənistan Demokrat Partiyası, Türkmənistan Aqrar Partiyası və Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyasının namizədləri mübarizə aparıb.

Səsvermənin gedişatına 2 726 yerli müşahidəçi, həmçinin Müstəqil Dövlətlər Birliyinin (MDB), Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və xarici dövlətlərin müşahidəçilər missiyasının nümayəndələri nəzarət ediblər.

Andiçmə mərasimi martın 19-da “Oğuzxan” Saray Kompleksində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi