Türkiyənin vitse-prezidentinin durumu yaxşıdır

Türkiyənin vitse-prezidentinin durumu yaxşıdır Türkiyənin vitse-prezidenti Fuat Oktayın səhhətində problem yaranıb.
Region
21 Dekabr , 2020 14:15
Türkiyənin vitse-prezidentinin durumu yaxşıdır
Fuat Oktay
0 : 00
0 : 00

Ankarada Prezident Administrasiyasında keçirilən “Kibertəhlükəsizlik həftəsi” adlı tədbirdə çıxış edərkən halı pisləşən Türkiyənin vitse-prezidenti Fuat Oktayın səhhətinin yaxşı olduğu açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Tibbi yardımdan sonra tədbirdə kürsüyə qalxaraq çıxışını davam etdirən F.Oktay özünü yaxşı hiss etdiyini bildirib: “Həkimlərin dediyinə görə, yuxusuzluq və yorğunluq ilə bağlı kiçik narahatlıq olub. Anlayışınız üçün təşəkkür edirəm”.

13:39

Türkiyənin vitse-prezidenti Fuat Oktayın səhhətində problem yaranıb.

“Report” “Cumhuriyet” qəzetinə istinadən xəbər verir ki, o, dekabrın 21-də “Kibertəhlükəsizlik həftəsi” adlı tədbirə qatılıb.

Tədbirdə çıxışı zamanı halı pisləşən vitse-prezident nitqinə davam etmək istəsə də, bu, mümkün olmayıb.

Mühafizəçilərin F.Oktayı tribunadan düşürüblər və onun üçün təcili tibbi yardım çağırılıb.

Vitse-prezidentin durumu ilə bağlı əlavə məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi