Türkiyənin ticarət naziri: Suriyada aparılacaq yenidənqurma və bərpa işlərinə dəstəyimiz tamdır

Türkiyənin ticarət naziri: Suriyada aparılacaq yenidənqurma və bərpa işlərinə dəstəyimiz tamdır Türkiyənin ticarət naziri Omer Bolat Dəməşqə səfəri çərçivəsində Suriyanın iqtisadiyyat və sənaye naziri Nidal əş-Şaar ilə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq istiqamətlərini müzakirə edib.
Region
16 aprel 2025 15:36
Türkiyənin ticarət naziri: Suriyada aparılacaq yenidənqurma və bərpa işlərinə dəstəyimiz tamdır

Türkiyənin ticarət naziri Ömer Bolat Dəməşqə səfəri çərçivəsində Suriyanın iqtisadiyyat və sənaye naziri Nidal əş-Şaar ilə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq istiqamətlərini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə nazir "X"də yazıb.

Bildirilib ki, görüş zamanı tərəflər ticarət, investisiyalar, infrastruktur, nəqliyyat, enerji, maliyyə, səhiyyə və gömrük sahələrində atacaqları birgə addımlar barədə fikir mübadiləsi aparıblar.

"Ticarət nazirliklərinin nümayəndə heyətləri arasında keçirilən ilk toplantılarda müzakirə olunan mövzuları bu gün daha geniş çərçivədə müzakirə etmək və atılacaq addımları qiymətləndirmək imkanı oldu. Suriyada vətəndaş müharibəsindən sonrakı dövrdə aparılacaq yenidənqurma və bərpa işlərinə dəstəyimiz tamdır. Bu çərçivədə Türkiyə 8 dekabr inqilabından sonra Hələb və Dəməşqdə ticarət nümayəndəlikləri açdıq",-məlumatda qeyd edilib.

Vurğulanıb ki, Türkiyə və Suriya yeni dövrdə əlaqələrini çoxşaxəli şəkildə inkişaf etdirmək üçün tarixi fürsətə malikdir:

"Suriyanın ehtiyacları və tələbləri istiqamətində iş dünyamızla birlikdə investisiyadan xidmətlərə, infrastrukturdan ticarətə qədər geniş bir sahədə əməkdaşlığa açıq olduğumuzu vurğuladıq".

Orphus sistemi