​Türkiyənin tanınmış iş adamı vəfat edib

​Türkiyənin tanınmış iş adamı vəfat edib Mustafa Koç keçirdiyi infakt nəticəsində dünyasını dəyişib
Region
189
21 Yanvar , 2016 14:07
​Türkiyənin tanınmış iş adamı vəfat edib

Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyənin tanınmış iş adamı, "KOÇ" Holdinqin İdarə Heyətinin sədri Mustafa Koç vəfat edib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

M.Koç keçirdiyi infarkt nəticəsində dünyasını dəyişib.

Məlumata görə, o, yanvarın 21-də səhər idmanı edərkən ürəyində ağrılar hiss edib və xəstəxanaya yerləşdirlib. Həkimləırin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Mustafa Koç 1960-cı ildə Türkiyədə anadan olub. 1980-ci ildə İsveçrədə "Lyceum Alpinum Zuoz" liseyini, 1984-cü ildə isə ABŞ-da Corc Vaşinqton Universitetini bitirib. 2003-cü il aprelin 4-dən "KOÇ" Holdinqin İdarə Heyətinə sədrlik edirib. 

Qedy edək ki, "KOÇ" Holdinq Türkiyənin ilk holdinqidir. 1926-cı ildə Vehbi Koç tərəfindən qurulub. 2003-cü ildə şirkətin başçısı Rəhmi Koç vəzifəsini oğlu Mustafa Koç təhvil verərək, özü fəxri sədr olub. Koçlar Türkiyənin ən zəngin ailəsidir. Bu holdinq dünyanın 500 firması siyahısnda 172-ci yerdədir. Türkiyənin ən böyük 500 şirkəti sırasında isə ilk 10-luqda yer alır. 

Son xəbərlər

Orphus sistemi