Türkiyənin keçmiş baş naziri deputatlığa namizəd olmayacağını açıqlayıb

Türkiyənin keçmiş baş naziri deputatlığa namizəd olmayacağını açıqlayıb "Bizim namizədimiz Rəcəb Tayyib Ərdoğandır"
Region
1133
26 Aprel , 2018 15:31
Türkiyənin keçmiş baş naziri deputatlığa namizəd olmayacağını açıqlayıb

Bakı. 26 aprel. REPORT.AZ/ “Ədalət və İnkişaf Partiyasından (AKP) kənarda siyasi fəaliyyətim olmayacaq, qarşıdan gələn seçkidə isə millət vəkilliyinə namizədliyimi irəli sürməyəcəyəm”.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu aprelin 26-da keçirdiyi mətbuat konfransında bildirib.

O, Türkiyənin 11-ci prezidenti Abdullah Güllə görüşdən sui-istifadəyə imkan verməyəcəyini də vurğulayıb: “Gələcək siyasi fəaliyyətimlə bağlı iki məsələyə diqqəti çəkmək istəyirəm: birincisi, qarşıdan gələn seçkilərdə millət vəkilliyinə namizəd olmayacağam, ikincisi, heç bir vəzifə gözləmirəm və tələb etmirəm. Bizim namizədimiz Rəcəb Tayyib Ərdoğandır”.

Son xəbərlər

Orphus sistemi